Bakıda 74 yaşlı qadını soydular

Bakıda 24 yaşlı gənc 74 yaşlı qadına qarşı soyğunçuluq edib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 1-ci Polis Bölməsi Post Patrul Xidməti Bölüyü əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Həsənbala Tahirov tutulub. 24 yaşlı gənc dekabrın 8-də saat 17:00 radələrində Mərdəkan qəsəbəsində qəsəbə sakini, 1936-cı il təvəllüdlü Fəridə Nəsirovanın içərisində 267 manat və təqaüd kartı olan əl çantasını alıb qaçmaqla soyğunçuluq törətməkdə şübhəli bilinir. Faktla bağlı araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31