Lənkəranda itkin düşən şəxsin 18 gün sonra meyiti tapıldı

Lənkəranda itkin düşən şəxsin meyiti tapılıb. Bu barədə Daxili İşlər nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin  saytına istinadən yaydığı məlumata görə, dekabrın 8-də Lənkəran rayonunun Veravul kəndindən keçən su kanalında noyabrın 23-dən itkin düşmüş Vilvan kənd sakini Əlizamin Hüseynovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31