Yardımlıda ağır qəza, ölən və yaralananlar var

Yardımlı rayonunda dəhşətli yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, dekabrın 8-də saat 15 radələrində Yardımlı rayonunun Separadi kəndində Lerik rayon sakini İltifat Şahbazov idarə etdiyi "VAZ-2121" markalı avtomobili aşırmışdır. Sürücü və sərnişinlərindən - rayon sakinləri Ağa Yaqubov və Sübhan Qubadov hadisə yerində ölmüş, digər 1 sərnişini xəstəxanaya yerləşdirilib. Yardımlı RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31