Atasını baltalayıb öldürən məhkəmə qarşısında
9 Dekabr 2014 15:35 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını baltalarayaq öldürən Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Şamil Rzayevin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmədən "OLAYLAR"a verilən məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəməyə baxış dekabrın 11-ə təyin edilib.
Qeyd edək ki, olay bu il mayın 10-da Türkan qəsəbəsi Üzümçülük sovxozunda baş verib. 1997-ci il təvəllüdlü Şamil Rzayev yaşadığı evdə münaqişə zəmnində atası 1972-ci il təvəllüdlü Qalib Nəsu oğlunun baş nahiyəsinə üç dəfə balta ilə vuraraq qətlə yetirib. Şamil Rzayev Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31