Ağcabədidə ər-arvad bıçaqlanıb, kişi ölüb
9 Dekabr 2014 15:33 KriminalAğcabədidə həmkəndlisini qətlə yetirmiş şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 8-də Ağcabədi rayonunun Aşağı Avşar kəndində Mehman Rüstəmovun yaşadığı evə gəlmiş həmkəndlisi Fikrət Məhərrəmov münaqişə zəminində ona və onun arvadı Təranəyə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. M.Rüstəmov hadisə yerində ölüb, Təranənin vəziyyəti qənaətbəxşdir. Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Məhərrəmov Hindarx kəndinin ərazisində tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31