Keçmiş polislər cinayət başında yaxalandı

Dekabrın 9-da Bakının Nizami rayonunda yerləşən "Göy bazarı" adlanan ərazidə polisin geyim formasında olan bir neçə şəxsin satıcılardan pul tələb etməsi barədə Daxili İşlər Nazirliyinə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, dərhal həyata keçirilən tədbirlərlə məlumat təsdiqlənib və həmin şəxslər saxlanılıb. Arşdırmalarla polisin işgüzar nüfuzuna xələl gətirən qanunazidd hərəkətlərə yol verənlərin Nizami Rayon Mühafizə İdarəsinin keçmiş polis nəfərləri Hidayət Allahverdiyev və Nazim Əliyev olduqları müəyyən edilib. Onların əməllərində CM-nin 310-cu -"Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə" maddəsində nəzərdə tutulan cinayətin əlamətləri olduğundan toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə prokurorluğa göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31