Gömrükçülər narkotika aşkarladı
9 Dekabr 2014 14:09 KriminalÖlkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına, o cümlədən, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində "Qoşa Təpə" Gömrük Postu-Biləsuvar avtomobil yolunun təqribən 3 km-də İran İslam Respublikası vətəndaşı Yazdanı Janyarlou Hamıd Samad həmin ərazidə avtomobildən düşərək əvvəlcədən gizlətdiyi içərisində narkotik maddələr olan 1 ədəd selofan torbanı götürmüş və uzaqlaşmaq istəyərkən gömrük əməkdaşları tərəfindən yaxalanmışdır. Sonra İİR vətəndaşı Yazdanı Janyarlou Hamıd Samadın götürdüyü selofan torbaya baxış keçirilmiş və üzəri yapışqanlı lentlə sarınmış üç ədəd bağlamadan ümumi çəkisi 4 kiloqram 370 qram narkotik vasitə-qurudulmuş marixuana aşkar edilmişdir. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.