Qonşular arasında qanlı dava: ər öldürüldü, arvadı xəstəxanalıq oldu
Hadisənin səbəbləri araşdırılır
9 Dekabr 2014 12:25 KriminalAğcabədi rayonunda qətl törədilib. Lent.az-ın məlumatına görə, rayonun Avşar kəndində 1979-cu il təvəllüdlü Məhərrəmov Fikrət Mamed oğlu qonşusu 1964-cü il təvəllüdlü Rüstəmov Mehman Əkbər oğlunu və onun arvadı, 1973-cü il təvəllüdlü Rüstəmova Təranə Şəmsəddin qızını bıçaqlayıb. M.Rüstəmov hadisə yeirndə keçinib. Qadın isə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs tutulub. Faktla bağlı cinayət işi açılıb. Qonşular arsında baş vermiş davanın konkret səbəbi hələlik məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31