Bakıda polisi öldürən şəxsə AĞIR CƏZA
9 Dekabr 2014 11:23 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polisi öldürməkdə təqsirli bilinən Rafiq Nurmətov və silah saxlamaqda təqsirləndirilən Natiq Orucovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Nurmətov Rafiq 15 il, Natiq Orucov isə 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə 2004-cü ilin avqustun 4-də baş verib. Naməlum şəxslər Babək prospekti xidmət aparan Nizami rayon mühafizə polis nəfəri Asif Həmidov qətlə yetirilib və ona məxsus xidməti tabel silahı götürülüb. Bu il may ayın 24-də həmin cinayəti törədən dəfələrlə məhkum olmuş Rafiq Nurmətovu tutub. O polis nəfəri öldürdükdən sonra ona məxsus Makarov tipli tapançanı Xətai rayon, Əhmədli qəsəbəsində yaşayan Natiq Orucova 600 dollara satıb.