Azərbaycanda kütləvi dava: ölümcül döyülən var

Yaralı reanimasiya şöbəsinə yerləşdirilib

 Ötən gün Gədəbəy rayonunda kütləvi dava baş verib.Gədəbəy rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, dava zamanı bir nəfər ölümcül düyülüb.Hadisə Dəyirmandağ kəndində olub. Kənd sakini 23 yaşlı Elşən Alıyev dava zamanı möhkəm döyülüb. Onu ölümcül vəziyyətdə xəstəxanaya yerləşdiriblər. Vəziyyəti ağır olduğundan onu reanimasiya şöbəsinə yerləşdiriblər.Hadisəni araşdıran müstəntiq Ramiz Əliyev ANS PRESS-ə açıqlamasında davada bir neçə şəxsin iştirak etdiyini bildirib. Onun sözlərinə görə, hazırda davanın səbəbləri və dava iştirakçılarının kimliyi dəqiqləşdirilir.Faktla bağlı araşdırma aparılır.Hazırda Gədəbəy polisi kütləvi davanın iştirakçılarının müəyən edilib saxlanılması istiqamətində əməliyyat - axtarış tədbirlərini davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31