Xədicə İsmayılovanın cəzası nə ola bilər?
8 Dekabr 2014 17:19 KriminalƏməlində Cinayət Məcəlləsinin 125-ci maddəsinin tərkibi olan təqsirkar şəxsin 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulur. ("Olaylar") Cinayət Məcəlləsinin 125-ci maddəsində özünü öldürmə həddinə çatdırma dedikdə - təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma - başa düşülür. Bu cinayət əməlinin ictimai təhlükəliliyi nəinki başqa şəxsin özünü həyatdan məhrum etməsi və ya buna cəhd göstərməsi, həm də təqsirkarın mənəviyyatdan, insanlıqdan kənar, amansız hərəkətlər etməsi ilə xarakterizə olunur. Bu cinayətdə zərərçəkmiş şəxs qismində yalnız təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olan şəxs çıxış edə bilər. Amansız rəftar dedikdə, təqsirkarın zərərçəkmiş şəxsi döyməsi, ona işgəncə verməsi, onu ac, susuz, paltarsız qoyması, gücü çatmayan fiziki işlərə məcbur etməsi və s. başa düşülür. Zərərçəkmiş şəxsin ləyaqətini mütəmadi olaraq alçaltma dedikdə, onu təhqir etmə, söymə, məsxərəyə qoyma, ona böhtan atma, onun haqqında rüsvayedici məlumatlar yayma və s. başa düşülür. Hədə-qorxu gəlmə zərərçəkmiş şəxsi maddi və sair yardımdan məhrum etməklə, işdən çıxarmaqla, yaşayış sahəsindən qovmaqla, barəsində rüsvayedici məlumatlar yaymaqla və s. hədələmədə ifadə oluna bilər. Maddi asılılıq dedikdə, zərərçəkmiş şəxsin təqsirkarın tam və ya qismən himayəsində olmasını, ondan maddi yardım alması və s. nəzərdə tutulur. Xidməti asılılıq dedikdə, işçinin müdiriyyətdən, tabeçilikdə olan şəxsin rəisdən asılılığı başa düşülür. Xatırladaq ki, yurnalist Xədicə İsmayıl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirləndirilərək, barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.