Bakıda silahlı oğru yaxalanıb
8 Dekabr 2014 16:52 KriminalBakıda daha bir silahlı şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 7-də Yevlax rayon sakini Fəxri Şirinzadədən 1 ədəd nömrəsi silmiş "Naqan" tipli tapança və 2 ədəd patron götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 6-da Habil Həsənova məxsus mağazadan ərzaq məhsulları oğurlaması da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31