Biləsuvarlı qadını qohumu Bakıda bıçaqladı

Bakıda qadın qohumu tərəfindən bıçaqlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, dekabrın 7-də Binəqədi rayonu ərazisindən Biləsuvar rayon sakini Əminə Hüseynova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Ə.Hüseynovanın qohumu - həmyerlisi, əvvəllər məhkum olunmuş Alim Hüseynov tərəfindən törədilməsi müəyyən edilib. Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31