DİN Balakəndə evə silahlı basqınla bağlı məlumat yaydı
8 Dekabr 2014 15:13 KriminalDaxili İşlər Nazirliyi Balakəndə mənzilə silahlı basqınla bağlı məlumat yayıb. "OLAYLA"ın nazirliyin saytına istinadən yaydığı məlumatda deyilir ki, dekabrın 6-da Balakən şəhərində yaşayan Gürcüstan vətəndaşı Habil Xəlilovun evinə nəfəslikdən girmiş şəxsiyyəti məlum olmayan 3 nəfər tapança və elektroşok ilə hədələyərək pul və qızıl əşyaları tələb edib, səs-küy yarandığından hadisə yerini tərk edib. Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşı Ceyhun Bayramov tutulub. Balakən RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31