Kərbəlaya gedən avtobus qəzaya uğrayıb: 19 ölü, 20 yaralı

Qəza İran ərazisində baş verib

İranda dəhşətli yol qəzası baş verib. "Mehr" agentliyinin yaydığı məlumata görə, qəza nəticəsində 19 nəfər həlak olub, 20 nəfər yaralanıb. Avtobus İraqın Kərbala şəhərinə yollanırmış.Qəza Şiraz şəhərindən 55 km aralıqda baş verib. İlkin məlumatlara görə, qəzaya səbəb avtobus sürücüsünün diqqətsizliyi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31