Ucarda dəhşət, 3 nəfər avtomobildə diri-diri yanıb öldü
8 Dekabr 2014 14:02 KriminalUcar rayonunda ağır yol qəza hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, dekabrın 6-da saat 01 radələrində Ucar rayonunun Qazıqumlaq kəndində kənd sakini Çingiz Qədirov idarə etdiyi "BMW" markalı avtomobili yol ayrıcısına vurub və nəticədə avtomobildə yanğın baş verib. Sürücü və sərnişinləri Vasif Kərimov və Tapdıq Qədirov hadisə yerində ölüblər.BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31