Balakənli oğrular silah və narkotiklə gəzirmişlər
5 Dekabr 2014 18:15 KriminalOğurluq etmiş Balakən rayon sakinlərinin üzərində silah və narkotik vasitə aşkar edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 3-də Balakən rayonunun Şərif kənd sakini Hicran Bağmanovanın evindən pəncərədən girmək yolu ilə qızıl əşyalar oğurlanıb. Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakinləri Mahama Qoqayev və əvvəllər məhkum olunmuş Nəriman Mağlıyev tutulublar. N.Mağlıyevin evinə baxış zamanı 1 ədəd "Makarov" markalı tapança, 3 ədəd patron və 97 qram marixuana aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31