Goranboyda dəhşətli qəza, 3 nəfər öldü
5 Dekabr 2014 15:10 KriminalGoranboyda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, dekabrın 4-də saat 20 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhərində Cəlilabad rayon sakini Rəfayel Kərimov idarə etdiyi "Hyundai" markalı avtomobili yolun kənarında dayanmış Gəncə şəhər sakini Rafiq Əmrahova məxsus "VAZ-2101" markalı avtomobilə vurub. R.Əmrahovun sərnişinləri - həmyerliləri Sahib Məmmədov, Ramin Şükürilahi və 20-22 yaşlı qadın ölüblər. BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31