Rusiyada quldurluq edən şəxs Bakıda hava limanında tutuldu

Rusiyada axtarışda olan şəxs Bakıda yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və NBPİ-nin Hava Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci (soyğunçuluq) və 162-ci (quldurluq) maddələri ilə axtarışda olan Vilayət Quliyev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31