Bakıda yol polisini vurub qaçan sürücü yaxalandı

Bakıda yol polisinə tabe olmayan sürücü ona xəsarət yetirib qaçıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, dekabrın 4-də saat 13 radələrində Nərimanov rayonunun Ə.Rəcəbli küçəsində Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi "BMW" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün Bakı BPİ DYPİ-nin əməkdaşı, polis kiçik serjantı Emin Verdiyev tərəfindən saxlanılıb və sənədlərini təqdim etməsi tələb edilib. Tabeçilik göstərməyən A.Hüseynov avtomobili hərəkətə gətirərək E.Verdiyevə ayaq nahiyəsindən xəsarət yetirib hadisə yerini tərk edib. Polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. A.Hüseynov saxlanılıb. Araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31