Gömrükçülər əməliyyat keçirdi
5 Dekabr 2014 13:17 KriminalÖlkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən J2 077 saylı Bakı-İstanbul aviareysi ilə getmək istəyən Azərbaycan Respublikası vətəndaşı Rüstəmov Rasim Ağabalaoğluhərəkətləri şübhə doğurduğu üçün saxlanılmış, müvafiq qanunvericiliyə uyğun olaraq ona məxsus baqaja gömrük baxışı keçirilmiş və üzərində şəxsi yoxlama aparılmışdır.Gömrük baxışı zamanı R.Rüstəmova məxsus qara rəngli çamadanın içərisindəki şəxsi əşyaların arasından 6 ədəd bağlamada gömrük sərhədini keçərkən bəyan etmədiyi 140000, üzərindən isə 10000-ümumilikdə 150000 ABŞ dolları aşkar edilmişdir. Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda isə Gürcüstan Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikasının vətəndaşı Tomaev Şahin Əhməd oğlunun idarə etdiyi "Renault" markalı, 90JZ606/10ZH735 dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük nəzarəti həyata keçirilmişdir. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda yataq yerinin altında olan yeşikdən "Desmopressin" adlı 298 flakon dərman preparatları gömrük nəzarətinə bəyan olunmamış şəkildə aşkar edilərək saxlanılmışdır. Hər iki faktla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.