Zaqatalada 2 otaqlı kürsülü ev yanıb

Zaqatala rayonu, Yuxarı Tala kəndində vətəndaşa məxsus efdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 70 kv.m olan kürsülü, bir mərtəbəli, 2 otaqlı evin bir otağının döşəməsi 3 kv.m sahədə və 1 ədəd yataq dəsti yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31