Turizm kompleksində bədbəxt hadisə

Qusarda tikintidə işləyən fəhlə ölüb

Bu gün axşam saatlarında Qusar Şahdağ Qış-Yay Turizm Kompleksində bədbəxt hadisə baş verib. ANS PRESS-in Şimal bürosunun verdiyi məlumata görə, 1971-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Gerdiyev Bazarbay Qaiboviç ölüb.
Qusar Rayon Prokurorluğundan ANS PRESS-ə faktı təsdiqləyiblər. Oradan bildiriblər ki, meyit artıq Qusar şəhər morqunda müayinə edilib və Bakıya göndərilib. Oradan isə xarici vətəndaşın cənazəsi vətəninə göndəriləcək.Prokurorluqdan hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı heç bir açıqlama verməyiblər.Faktla bağlı araşdırmanı Respublika Baş Prokurorluğu aparacaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31