Qaradağda daha bir ağır qəza - 3 ölü, 1 yaralı
1 Sentyabr 2012 02:51 KriminalQaradağ rayonunda daha bir ağır yol qəzası Qobustan qəsəbəsi ilə Ələt qəsəbəsi arasındakı ərazidə qeydə alınıb.
Saat 18.30 radələrində Bakı - Qazax - Gürcüstan istiqamətində hərəkətdə olan "Otoyol" markalı sərnişin avtobusu ilə üzü şəhər istiqamətində hərəkətdə olan VAZ -2106 markalı avtomobil toqquşub. Hadisə nəticəsində sərnişin avtobusunun sürücüsü zərərsiz ötüşsə də, minik avtomobildə olan 4 sərnişindən 3-ü hadisə yerində dünyasını dəyişib. Bir nəfər isə ağır vəziyyətdə ərazidə olan sürücülər tərəfindən xəstəxanaya çatdırılıb.Dərhal hadisə yerinə baş Dövlət Yol Polisi, Təcili Tibbi Yardım Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Əvvəlcə avtomobildə qalan sərnişinlərin cəsədləri dəmir parçaları arasından çıxarılıb. VAZ 2106-da olanlardan yeganə şəxsiyyəti müəyyənləşən şəxs Lənkəran şəhər sakini, 1983-cü il təvəllüdlü Əhməd Rzayev olub. Hadisə yerindən yayınmağa çalışan sərnişin avtobusunun sürücüsünə gəlincə, onun 1948-ci il təvəllüdlü Məmmədov Xamməd Əbil oğlu olduğu müəyyənləşib.Yolun qəza baş verən hissəsində bir müddət sıxlıq yarandığından dərhal əraziyə evakuator çağırılaraq yararsız hala düşən "Jiquli" ərazidən kənarlaşdırılıb. Faktla bağlı Baş Dövlət Yol polisində araşdırmalara başlanılıb./anspress/