Bakıda itkin düşmüş 5 nəfər tapılaraq evlərinə qaytarılıb
5 Dekabr 2014 11:14 KriminalPolis Bakıda itkin düşmüş daha 5 şəxs taparaq evlərinə qaytarıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi (RPİ) 4-cü Polis Bölməsi (PB), Nəsimi RPİ 19-cu PB, 21-ci PB, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, itkin düşmüş Asim Bədəlov, Musaxan və Nurcahan Orucovlar, Musa Cəfərov, Arzuman Abbasov tapılaraq qeydiyyatda olduqları ünvanlara qayıtmaları təmin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31