Qanlı ailə dramı: 86 yaşlı kişi həyat yoldaşını, qızını və özünü öldürüb

Bu gün axşam saatlarında Xaçmaz rayonunda qətl hadisəsi baş verib.APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonu, Alekseyevka kənd sakini, 1928-ci il təvəllüdlü Məmmədov Möhübbət Seyidbala oğlu həyat yoldaşı, 1957-ci il təvəllüdlü Məmmədova Xatın Əhməd qızını, 14 yaşlı qızı Xatirəni, sonra isə özünü ov tüfəngi ilə öldürüb.Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31