Bayramı qara gətirən sürücüyə ağır cəza
4 Dekabr 2014 13:34 KriminalBu gün Ağır Cinayətlər Məhkəməsində bir nəfərin ölümündə, bir nəfərin yaralanmasında təqsirli bilinən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Rəşad Ağaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, Rahib Salmanovun sədriliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Rəşad Ağaverdiyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il 29 iyulda (Ramazan bayramı günü) Xətai rayonu Əhmədli qəsəsbəsində baş verib. Gəncə prospektində 1981-ci il təvəllüdlü Rəşad Ağaverdiyev idarə etdiyi BMW markalı avtomobillə yolun kənarında dayanan 1968-ci il təvəllüdlü Ehtiram Bəylərova məxsus "QAZ-53" markalı avtomobillə toqquşub. BMW sürətlə hərəkət edərək "QAZ-53"ü arxadan vurub. Nəticədə, sürücü ağır yaralanıb. Onun sərnişini, Balakən rayon sakini 1975-ci il təvəllüdlü Məzahir Həsənov hadisə yerində ölüb.