Bakıda məktəb qazanxanası yanır
4 Dekabr 2014 12:54 KriminalBakının Binəqədi rayonundakı 102 saylı tam orta məktəbin qazanxanası yanır. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi rayonundakı 102 saylı orta məktəbin həyətində yerləşən qazanxanada güclü yanğın baş verib. Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub. Hazırda yanğının söndürülməsi üçün qazanxanaya verilən qazın kəsilməsi istiqamətində iş aparılır.
Qeyd edilib ki, yanğının məktəbin tədris binasına heç bir aidiyyəti yoxdur. Lakin hər ehtimala qarşı təhlükəsizlik tədbirləri çərçivəsində müəllim və şagirdlər binadan təxliyə olunublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31