Bərdədə yol polisinə benzin tökərək yandıran sürücü barəcində cinayət işi açıldı
3 Dekabr 2014 16:14 KriminalBərdə rayon sakini əlində benzin yol polisinin üzərinə töküb və onu yandırıb. Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, faktla bağlı cinayəti təörətməkdə şübhəli bilinən sürücü barəsində Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayəti il başlayıb, istintaq aparılır. Daxili İşlər Nazirliyindən isə Trend-ə bildirilib ki, sürücü yol hərəkəti qaydalarını pozduğu üçün yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Sərxoş olan sürücü yol polisi əməkdaşına müqavimət göstərib, onun üstünə benzin töküb. Nazirlikdən bildirilib ki, polis əməkdaşı yüngül xəsarət alıb, ona ilkin tibbi yardım göstərilib.