Dəhşətli qəza ilə bağlı 2 nəfər həbs edildi
Ölən və xəsarət alanların tam siyahısı açıqlanıb
31 Avqust 2012 19:07 KriminalBaş Prokurorluq bu gün Bakı şəhərinin Qaradağ rayonunda baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı növbəti məlumatı yayıb. Məlumatda ölən və yaralananların tam siyahısı yer alıb. Lent.az xəbər verir ki, həmçinin 2 nəfərin şübhəli şəxs qismində həbs olunduğu bildirilir:
Məlumat verildiyi kimi avqustun 31-də paytaxtın Qaradağ rayonu ərazisində sərnişin qatarı ilə "Daewoo" markalı sərnişin avtobusunun toqquşması nəticəsində 6 nəfər ölüb və 47 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31