Bakıda 26 yaşlı oğlanın faciəvi sonu

Bakıda intihar hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsində nömrəsiz evdə yaşayan 1988-ci il təvəllüdlü Əmirov Cavid Ələsgər oğlu özünü asaraq intihar edib. 26 yaşlı oğlanın yaxınları onun meyitini həyətdəki dəmir borudan asılı vəziyyətdə aşkarlayıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31