Bakıdakı avtobus qəzası ilə bağlı rəsmi məlumat

Bakı şəhər Baş Polis İdarəsi dünən paytaxtda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb. Lent.az-ın məlumatına görə, R. Teymurov küçəsi 20-nin qarşısında Bakı şəhər sakinləri 1938-ci il təvəllüdlü Daşdəmir Mənsimov idarə etdiyi Vaz-21012 markalı avtomobil ilə 1974-cü il təvəllüdlü İlqar Əhmədovun idarə etdiyi "Daewoo" markalı 212 saylı sərnişin avtobusu toqquşub. Avtoqəzada aldığı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən D. Mənsimov orada ölüb. Faktla bağlı Nizami RPİ 25-ci PB-də araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31