Qadını qarət edən kişi tutuldu
3 Dekabr 2014 12:19 KriminalBakıda qadını qarət edən şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə noyabrın 26-da axşam saatlarında A. Nemətulla küçəsində baş verib. Nərimanov RPİ Təhlükəsiz Şəhər Xidməti, 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elnurə Sadıxovanın içərisində 530 manat, bank və tibbi müayinə kartları olan pul kisəsini soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Elton Ağaballı tutulub. Saxlanılan şəxs ətrafında araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31