Belinə və ayağına narkotik bağlayaraq sərhədi keçmək istəyən qadın saxlanıb

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" Gömrük Postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Əhmədova Fəridə Firuddin qızı saxlanılıb. DGK-dan erilən məlumata görə, onun üzərində müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb. Bu zaman onun üzərindən, bədəninin bel hissəsinə və ayaqlarına yapışqanlı lentlə bağlanmış, gömrük nəzarətindən gizlədilmiş 4 ədəd bağlamadan xalis çəkisi 1 kiloqram 760 qram narkotik vasitə-marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31