Bakıda məktəbdə cinayət törədən şəxs tutuldu
3 Dekabr 2014 11:28 KriminalBakıda məktəbdə cinayət törədən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 20-də saat 11:30 radələrində, Binəqədi şossesi 3-də yerləşən orta məktəbin ərazisində 9-cu sinif şagirdinə qarşı soyğunçuluqda şübhəli bilinən şəxs müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini, 1994-cü il təvəllüdlü Rüzgar Cəfərov tutularaq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31