Məcburi köçkün silahla yaxalandı

Azərbaycanda daha bir silahlı şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Laçın rayon sakini Xosrov Əsədovdan 1 ədəd "Makarov" markalı tapança, 2 patron darağı və 142 ədəd müxtəlif çaplı patron götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31