Bakıda oğru bir ayda 20 avtomobil qarət etdi
2 Dekabr 2014 13:50 KriminalBakıda bir ayda 20-yə yaxın avtomobil qarət edən şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin noyabr ayı ərzində Bakı şəhər saskinləri R.Teymurova, İ.Qasımovaya, K.Bağırova, N.Qəşəmliyə məxsus avtomobillərdən pul və məişət əşyaları oğurlamış, A.Nağıyevə, C.Məmmədova, İ.Sultanova, A.Qasımova və Ə.Cavadova məxsus avtomobillərdən oğurluğa cəhd göstərmiş, habelə T.Nağıyevə, E.Əbilova, T.Kovalyovaya, Z.Sultanovaya, A.Əliyevaya, E.Məmmədova və E.Səfərzadəyə məxsus avtomobillərin şüşələrini sındıraraq əmlaklarını qəsdən məhv etmiş paytaxt sakini Kamal Mirəliyev tutulub.