Bakıda iki qardaşın qanını tökən boksçu məhkəmə qarşısında
2 Dekabr 2014 13:37 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilininən Bakı şəhər sakini, 1978- ci il təvəllüdlü Samir Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə S. Həsənovun anket materialları dəqiqləşdirilib. Məhkəmə baxış vaxtı dekabrın 10-na təyin edilib.
Qeyd edək ki, bu il iyulun 12-də Biləcəri qəsəbəsində boksçular arasında dava düşüb. Dava zamanı 33 yaşlı Fərid Həsənov və onun qardaşı, 37 yaşlı Şəhriyar Həsənov bıçaqlanıb. F.Həsənovun həyatını xilas etmək mümkün olmayıb, Şəhriyar isə xəstəxanaya yerləşdirilib. Qardaşları bıçaqlayan Samir Həsənov tutulub. Məlum olub ki, o da peşəkar boksçudur. Olaya gəlincə, mübahisəyə tərəflərdən birinin digərinin arxasınca danışmasının səbəb olduğu bildirilir. Dava zamanı Şəhriyar Həsənov pnevmatik tapança ilə S.Həsənova atəş açsa da, o, ciddi xəsarət almayıb.