Salyanda “KAMAZ” “Mersedes”lə toqquşdu, 4 nəfər xəstəxanaya yerləşdirildi

Salyan rayonunda ağır yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Salyan şəhəri ərazisində "Mercedes" markalı minik avtomobili ilə "KAMAZ" markalı yük avtomobili toqquşub. Nəticədə, "Mercedes" markalı avtomobilin sürücüsü və 3 nəfər sərnişini xəsarət alaraq deformasiyaya uğrayıb nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər yaralıları nəqliyyat vasitəsindən çıxarıb aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 07:59-da başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31