Bakıda sərnişin avtobusunda qanlı olay

Hadisəni törədən şəxs axtarılır

Bakıda sərnişin avtobusunda qanlı dava olub. Lent.az-ın məlumatına görə, dekabrın 1-də 51 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunda 1992-ci il təvəllüdlü Ədilzadə Cavidan Məhərrəm oğlu bıçaqlanıb. Hadisə Məhəmməd Hadi küçəsi 51 ünvanının qarşısında, avtobus hərəkətdə olarkən baş verib. 22 yaşlı oğlanı bıçaqlayan şəxs dərhal düşərək uzaqlaşıb. Xəstəxanaya yerləşdirilən C.Ədilzadənin vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisənin hansı səbəbdən baş verməsi və 22 yaşlı oğlanı bıçaqlayan şəxsin kimliyi hələlik məlum deyil. Faktla bağlı 34-cü Polis Bölməsinə məlumat daxil olan kimi zəruri əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31