Bakıda hindistanlıya 5 il iş verdilər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1994-cü il təvəllüdlü Samit Munasinxenin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  Lent.az-ın məlumatına görə, Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər Kollegiyasının qərarı ilə  S. Munasinxe 5 il  azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin may ayında qeydə alınıb.  Atası hindistanlı, anası rus olan S. Munasinxe 1996-cı il təvəllüdlü İbrahim Əliyevi münaqişə zəminində bıçaqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31