Bərdədə partlayış, yaralanan var

Bərdə rayonunda evdə partlayış hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, noyabrın 30-da saat 08 radələrində Bərdə rayonunda Cavad Cəfərovun yaşadığı evdə təbii qazın sızmasından ani partlayış baş verib. Evdə çatlar əmələ gəlib, C.Cəfərov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31