Traktor kanala aşdı, sürücü həlak oldu

Füzuli rayonunda traktor su kanalına aşması faciə ilə nəticələnib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə avqustun 30-da baş verib. Saat 19.00 radələrində Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində, kənd sakini Sənan İsmayılov "T-28" markalı traktoru idarə edərkən onu yolun kənarındakı su kanalına aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31