Bakıda dəhşətli qəza
BMW ana və azyaşlı qızını vurub öldürdü
31 Avqust 2012 15:36 KriminalBakıda BMW ana və azyaşlı uşağını vurub öldürüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 30-da saat 11.30 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakini Namiq Qəmbərov idarə etdiyi BMW markalı avtomaşınla yolu keçən Səbinə Əliyeva və onun qızı 10 yaşlı Ayseli vurub. Nəticədə ana hadisə yerində, xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq isə orada ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31