Gömrükçülər 24 qadını saxladı
1 Dekabr 2014 13:12 KriminalÖlkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına, o cümlədən, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir. Təəssüf doğuran hal odur ki, son zamanlar narkotik vasitələri ölkəyə gətirmək istəyənnarkokuryerlər arasında qadınlara da tez-tez rast gəlinir. Ancaq gömrükçülərin səyi nəticəsində bu kimi faktlarınqarşısı qətiyyətlə alınır. Bu günlərdə Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan Respublikası vətəndaşı Əhmədova Fəridə Firuddin qızı saxlanılaraq onun üzərində müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılmışdır. Bu zaman onun üzərindən, bədəninin bel hissəsinə və ayaqlarına yapışqanlı lentlə bağlanmış, gömrük nəzarətindən gizlədilmiş 4 ədəd bağlamadan xalis çəkisi 1 kiloqram 760 qram narkotik vasitə-marixuana aşkar edilərək götürülmüşdür. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır. Ümumiyyətlə, cari ilin müvafiq dövrü ərzində gömrükçülər tərəfindən 24 qadın müxtəlif növ narkotik vasitələri ölkə sərhəddindən keçirməyə cəhd göstərərkən saxlanılmışdır.