Bakıda xəstəxanada tibb bacısını öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Şahlar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı dekabrın 8-nə təyin edilib.
Qeyd edək ki, bu ilin mayın 16-da Nərimanov rayonu ərazisindəki 5 saylı Şəhər Kliniki Xəstəxanasının qarşısında Bakı şəhər sakini Şahlar Əliyev ailə-məişət münaqişəsi zəminində orada tibb bacısı işləyən arvadı Minarə Salmanovanı bıçaqla qətlə yetirib. Şahin Əliyev həmin ərazidə xidmət aparan Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin n əməkdaşları tərəfindən saxlanılıb və Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31