Şəkidə 73 yaşlı qoca intihar edib

Şəkidə 73 yaşlı kişi özünü asaraq intihar edib. Şəki rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, noyabrın 30-da Şəki rayon Oxut kənd sakini, 1941-ci il təvəllüdlü Rəsulov Rəhman özünə qəsd edib. O, özünü yaşadığı evin damından asaraq intihar edib. Hələlik intiharın səbəbi məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31