Bakıda keçmiş məhbus qumbara satarkən ələ keçdi

Bakıda 4 ədəd qumbaranı satan şəxs yaxalanıb.  Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirlyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elman Məhərrəmov 4 qumbaranı (2 "F-1" və 2 "RQD-5") 200 manata satarkən tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31