DİN Bakıda 16 yaşlı qızın qətl törətməsi barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda 16 yaşlı qızın qətl törətməsi barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, noyabrın 27-də Xəzər rayonunun Albalılıq yaşayış sahəsindən Bakı şəhər sakini Şəms Nəhmədova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.  Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Zaqatala rayon sakini Aydan Xəlitova tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31