Bakıda daha bir partlayış

Bakıda daha bir evdə partlayış baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, noyabrın 27-də saat 15 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbə sakini Mavidə Əliyevanın evində qaz balonunun sızması nəticəsində ani partlayış baş verib. Nəticədə evin 6 kvm. sahəsi yanıb, dağıntı olmayıb, yanıq xəsarəti almış M.Əliyeva xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31